Overview
Kuryer və Anbar üzrə operator Jobs in Baku, Baku Ekonomic Zone, Azerbaijan at ASE Express, OCS Worldwide Logistics
Title: Kuryer və Anbar üzrə operator
Company: ASE Express, OCS Worldwide Logistics
Location: Baku, Baku Ekonomic Zone, Azerbaijan
Şirkətimizə məsuliyyətli və diqqətli Anbardar və Kuryer axtarılır.
Anbardar
Vəzifə öhdəlikləri:
- Anbara daxil olan və anbardan çıxan məhsulların qəbulu və təhvil verilməsi
- Məhsulların düzgün yerləşdirilməsi və qorunmasına nəzarət;
- Anbar uçotunun aparılması;
- Təmizlik və nizam-intizamın qorunması;
- Anbar uçotu üzrə məlumatların müvafiq proqram təminatında qeydlərinin aparılması;
- Sifarişlər əsasında anbardan mal çıxarılmasının təşkili və uçotu;
Tələblər:
- Məsuliyyətli və səliqəli olmaq
- Komandada işləmək bacarığı
- Fiziki işə uyğunluq
- Anbar sahəsində təcrübə üstünlükdür
İş şəraiti:
- Maaş: 765 AZN
- İş qrafiki: Növbəli
- İş günləri: Həftədə 6 gün
📍 İş yeri: Üzeyir Hacıbəyov 61B
Kuryer
Tələblər:
– Şəxsi avtomobilin olması;
– Məsuliyyətli və punktual olmaq;
– Xidmət mədəniyyəti yüksək səviyyədə;
– Təmiz sürücülük tarixçəsi, BC kateqoriya sürücülük vəsiqəsi;
– Bakı şəhərinin küçə adlarını yaxşı bilmək.
Qeyd: Avtomobilə şirkət tərəfindən GPS sistemi taxılacaqdır və iş saatlarında işlək vəziyyətdə olmalıdır. Yalnızca bu qayda ilə uyğunlaşa biləcək əməkdaşlar müraciət etsin.
Gündəlik bağlama sayı 30-35 (ərazi üzrə bağlama sayları, ərazilər nəzərə alınır)
– Əmək haqqı: 875 azn
– Ünvan: Bakı Kob evi
– Əmək haqqından əlavə 100 azn aylıq təmir xərcləri üçün ayrılır. Həmçinin sərfiyyata uyğun olaraq yanacaq ödənişi ayrılır.
Uyğun namizədlər CV-lərini və ya əlaqə üçün məlumatlarını [email protected] mail ünvanına və ya +994 51 232 32 80 nömrəsinin Whatsappına göndərə bilərlər.