Overview
Xərclər üzrə nəzarətçi Jobs in Laza Qəbələ, Sheki-Zaqatala, Azerbaijan at Azerbaijan Tourism and Management University
Title: Xərclər üzrə nəzarətçi
Company: Azerbaijan Tourism and Management University
Location: Laza Qəbələ, Sheki-Zaqatala, Azerbaijan
Vəzi̇fə Öhdəli̇kləri̇
- Mal-material üzrə sənədləşməni həyata keçirmək, qiymət, say göstəricilərinin müqavilələrə, təchizat sifarişləri sənədlərinə uyğun olub- olmamasını yoxlamaq, uyğunsuzluq hallarının aradan qaldırılmasını təmin etmək;
- Mal-materialların alışı, yerdəyişməsi, geri qaytarılması, komplektləşdirilməsi və silinməsi ilə bağlı sənədləşmə işlərinin müvafiq qanunvericilik aktlarına və mühasibat uçotu standartlarına uyğunluğunu yoxlamaq;
- Təsərrüfat Şöbəsinin fəaliyyət sistemini və mehmanxanada bütün daxili nəzarət proseduralarını tam anlamaq;
- Təchizatçılar üzrə məlumat bazasının aparılması;
- Rəhbərliyin işi üçün zəruri olan sənədlərin və məlumatların hazırlanması;
- Mal-material alışı ilə bağlı hesabatların düzgün və vaxtında tərtib və təqdim olunmasını təmin etmək;
- Müəssisənin hesablama. çəki avadanlıqlarının düzgün çalışmasının yoxlanılması üçün səyyar yoxlamaların aparılması;
- Müəssisəyə məxsus olan mal-materialların uçotunu aparmaq, mal-materialların faktiki maya dəyərini hesablamaq;
- Anbardan mal çıxışına nəzarət etmək və sənədləşdirmək;
- Anbar sayımı və stok nəzarətini həyata keçirmək;
- Lazım gələrsə digər mühasibatlıq uçotu məliyyatlarının aparılması üçün dəstək olmaq;
- Xüsusi turist qruplarına menyuların xərclərinin müəyyənləşdirilməsi, xərclərin optimallaşdırılması, BEO-lar hazırlanan zaman yaxından iştirak etməli;
- Gündəlik sifarişlərin satış menyusuna uyğun olub-olmamasını yoxlamaq.
TƏLƏB OLUNAN BILIK, BACARIQ VƏ TƏCRÜBƏ:
- İşə planlı yanaşmalı;
- Ali təhsilli olmalı;
- Fəal olması və komandada işləmək bacarığı;
- Fikrini sərbəst və dəqiq izah etmək qabiliyyəti olmalı;
- Riyazi analitika bacarıqları olmalı;
- Stressə davamlı və sürətli qərar qəbuletmə bacarığı olmalı;
- Restoran və hotel sahəsində 1-3 il iş təcrübəsi olmalı;
- Mühasibat uçotu ilə bağlı yerli qanunvericiliyi bilməli;
- Satış və anbarın idarə olunmasını bilməli;
- Yaş həddi 22-35;
- MC,Günəş və ya 1C,SPM,ERP, MS Office ( Excell-yaxşı səviyyədə) proqramlarında işləməyi bilməli;
- Yemək və digər hotel satışları üzrə kalkulyasiya barədə məlumatı olmalı.
- Qeyd: İş yeri Qəbələ şəhərində yerləşir.
Maraqlanan namizədlərdən öz CV-ni Word və ya pdf formatında mövzu hissəsində İşin adı (Xərclər üzrə nəzarətçi) göstərilməklə [email protected] elektron poçtuna göndərmələri xahiş olunur.
Yalnız tələblərə uyğun hesab edilən namizədlərlə əlaqə salanılacaq.