Overview
Soft Yığım Şöbəsinin kiçik mütəxəssisi Jobs in Tam Le, Vietnam at Unibank
Title: Soft Yığım Şöbəsinin kiçik mütəxəssisi
Company: Unibank
Location: Tam Le, Vietnam
Təsvir
- Gecikmədə olan kredit borclarının ödənilməsinin təmin edilməsi məqsədilə təhkim olunmuş portfel üzrə müştərilərlə gündəlik telefon əlaqəsi yaratmaq, qanunvericiliyin, bankdaxili normativ sənədlərin və müştəri ilə bağlanmış müqavilələrin tələblərinə uyğun olaraq müvafiq tədbirləri həyata keçirmək;
- Müştərinin maliyyə vəziyyətini və problemini araşdırmaq, zərurət yarandıqda kredit öhdəliklərinin sağlamlaşdırılması məqsədilə restrukturizasiya və ya müddət uzadılması həllərini təqdim etmək;
- Müştəriləri mövcud kampaniyalar, yeniliklər və tətbiq olunan qaydalar barədə məlumatlandırmaq;
- Müştərilərlə aparılan danışıqların nəticələrini müvafiq informasiya sistemlərində dəqiq və vaxtında qeydiyyata almaq;
- Zənglər zamanı daxil olan müştəri təklifləri, şikayətləri və problemləri toplamaq, təhlil etmək və ümumiləşdirilmiş şəkildə rəhbərliyə təqdim etmək;
- Gündəlik fəaliyyət göstəriciləri üzrə hesabatların hazırlanmasını və təqdim edilməsini təmin etmək
Tələblər
- Ali təhsil;
- MS Office proqramları (Word, Excel, Outlook) üzrə yaxşı istifadəçi səviyyəsində biliklər;
- Rus dili biliyi üstünlük hesab olunur;
- Yüksək ünsiyyət, danışıqların aparılması və təqdimat bacarıqları;
- Verilmiş məlumatları təhlil etmək və nəticəyönümlü şəkildə tətbiq etmək bacarığı;
- Təşəbbüskar, məsuliyyətli və komanda ilə effektiv əməkdaşlıq etmək bacarığı
Vakansiya haqqında
Son tarix
July 10, 2026
Paylaşılıb
iyun 10, 2026
Vakansiya növü
Tam ştat
Kateqoriya
Maliyyə, Biznes və idarəetmə